Türkiyənin səhiyyə naziri: “Azərbaycanla birgə görəcəyimiz çox iş var”

Türkiyənin səhiyyə naziri: “Azərbaycanla birgə görəcəyimiz çox iş var”
# 07 mart 2015 16:50 (UTC +04:00)

İstanbul. Mayis Əlizadə - APA. “Azərbaycanla birgə görəcəyimiz çox iş var”.

Bu sözləri APA-nın İstanbul bürosuna açıqlamasında Türkiyənin səhiyyə naziri Mehmet Müezzinoğlu deyib.

“Azərbaycanla tibb sahəsindəki əməkdaşlığı nə dərəcədə inkişaf etdirə bilmisiniz?” sualını nazir belə cavablandırıb: “Hər şeydən əvvəl ölkə başçılarımız arasındakı münasibətlərin ən yüksək səviyyədə olduğunu vurğulamalıyam. Hörmətli prezidentlərin nümayiş etdirdikləri siyasi iradə nəticəsində münasibətlərimiz enerji, turizm, ticarət, iqtisadiyyat sahələrində uğurla inkişaf edir. Biz də azərbaycanlı nazir həmkarımla əməkdaşlığı daha da dərinləşdirmək üçün əlimizdən gələn hər şeyi edirik. Bunu xüsusi qeyd etmək istəyirəm ki, iki qardaş ölkə arasındakı münasibətləri daha da dərinləşdirmək üçün birgə görəcəyimiz çox iş var”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR