Şəmkir sakini bıçaqlanıb

Şəmkir sakini bıçaqlanıb
# 01 oktyabr 2015 21:49 (UTC +04:00)

Şəmkir. Azər Məmmədli – APA. Şəmkirdə bıçaqlanma olub. APA-nın qərb bürosunun verdiyi məlumata görə hadisə rayonun Keçili kəndində qeydə alınıb. Kənd sakini, 1986-cı il təvəllüdlü Əliyev Xəyal Tahir oğlu döş qəfəsinin kəsilmiş deşilmiş yarası xəsarətləri ilə Şəmkir Mərkəzi rayon xəstəxanasına yerləşdirilib. Dərhal əməliyyat edilən yaralının vəziyyətinin ağır olduğu bildirilir. Dayısı oğlunun bildirdiyinə görə X. Əliyevi həmkəndlisi Vüqar Orucov bıçaqlayıb.

Faktla bağlı Şəmkir rayon Polis Şöbəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR