Şəmkir rayon sakini qohumu tərəfindən bıçaqlanıb

Şəmkir rayon sakini qohumu tərəfindən bıçaqlanıb
# 04 mart 2015 03:47 (UTC +04:00)

Şəmkir rayon Polis Şöbəsindən APA-nın qərb bürosuna verdiyi məlumata görə hadisə martın 3-də Şəmkir şəhərində baş verib. Rayon sakini 1989-cu il təvəllüdlü Elşad Nazim oğlu Mustafayev qohumu 1975-ci il təvəllüdlü Natiq Sabir oğlu Mustafayev tərəfindən bıçaqlanıb. Yaralı dərhal Şəmkir rayon Mərkəzi xəstəxanasına yerləşdirilib. Onun vəziyyətinin orta ağır olduğu bildirilir.

Faktla bağlı Şəmkir rayon Polis Şöbəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR