Gəncədə 23 yaşlı qız dəm qazından zəhərlənib

Gəncədə 23 yaşlı qız dəm qazından zəhərlənib
# 06 aprel 2015 17:29 (UTC +04:00)

Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasından APA-nın qərb bürosuna verilən məlumata görə, şəhərin Bakı küçəsində kirayə yaşayan, 1992-ci il təvəllüdlü Lətafət Qurbanova dəm qazından zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Həkimlərin səyi nəticəsində onun həyatını qurtarmaq mümkün olub.

Həkimlər xəstənin vəziyyətini normal qiymətləndirir. Araşdırma zamanı məlum olub ki, L. Qurbanova yaşadığı evin vanna otağında olarkən dəm qazından zəhərlənib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR