Bakı-2015: Məşəl Şabran gəzintisini başa vurub - VİDEO

Bakı-2015: Məşəl Şabran gəzintisini başa vurub - <span style="color: red;">VİDEO
# 04 iyun 2015 14:16 (UTC +04:00)

Şabran. Vəli Turan – APA. Bu gün Birinci Avropa Oyunlarının məşəli Şabran rayonuna gətirilib. APA-nın şimal bürosunun verdiyi məlumata görə, yarışın rəmzini şəhərinin girişində quraşdırılan Bakı-2015-in rəmzi qapısında əməkdar məşqçi Telman Bayramov qəbul edib.

Bundan sonra məşəl estafetinə start verilib. Yürüşə qoşulan 10 idmançı rəmzi 2,4 km məsafədə daşıyıb.

Sonuncu məşəlçi, əməkdar məşqçi Asif Abdullayev Heydər Əliyev prospektində quraşdırılan səhnəyə qalxaraq çırağı alovlandırıb. Ardınca şabranlı gənc Günel Zeynalova Avropa Oyunlarının çırağını yarışlar başa çatanadək saxlanılması üçün Heydər Əliyev Mərkəzinə təhvil verib.

Bununla da Şabran Birinci Avropa Oyunlarının məşəlinin alovlandırıldığı 57-ci yaşayış məntəqəsi olub.

İyunun 5-də isə Siyəzən rayonunda məşəlin qarşılanma mərasimi olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR