Nəsimi Nəbizadə ilə "Ana xəbər" bloku – 5 Oktyabr

Nəsimi Nəbizadə ilə "Ana xəbər" bloku – 5 Oktyabr
# 05 oktyabr 2015 17:10 (UTC +04:00)

Günün şərhi

Suriya Rusiya üçün ikinci Əfqanıstan olacaq, olmayacaq? Hələlik bilinmir. O vaxt Əfqanıstanda Sovet Rusiyasına qarşı vuruşan birləşmələr tamamilə nəzarətdə idilər, daha doğrusu, ABŞ-ın nəzarətində...

İndi isə vəziyyət dəyişib, İŞİD və İŞİD-ə bağlı terror qruplaşmaları Amerikaya bəndəlik eləmirlər. Buna görə də ABŞ-a İŞİD-in üstünə daha artıq pul xərcləmədən kimisə salmaq lazım idi. Əsədin müdafiəsi məsələsini prinsipiallıq söhbətinə çevirib "qan-qan" deyən Kreml buna ən gözəl vasitə idi. Bunun müqabilində isə Rusiya Ukraynaya veriləcək qazın qiymətinin BMT-dəki dialoqdan az əvvəl azaltdı - 20 dollar az deyil. Üstəgəl, Moskva artıq başqa güzəştlərin də ediləcəyinin siqnallarını verir. Ən başlıcası, dırnaqarası Luqansk və Donetsk "xalq respublikalarında" keçiriləcək seçkilərə Putin mane olacağını vurğulayıb.

Qərbin Suriya məsələsində Moskvaya güzəştə getməsinin də səbəbi məhz Ukraynadır. Və bu prosesi daha çox Fransa xarici işlər nazirinin sözləri ilə desək, iqtisadi barter adlandırmaq olar. Ankaranın Moskva ilə münasibətlərinin gərginləşməsinin kökündə də iqtisadi amil dayanır. Söhbət sözün bütün mənalarında daha çox Rusiyaya sərf edən Avropaya yeni qaz marşrutu çəkilməsi layihəsinin fiaskoya uğramasından gedir ki, burda da Qərbin birbaşa təsiri var...

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR