Kamal Abdulla Tiflis Dövlət Universitetində "Azərbaycan multikulturalizmi" mövzusunda məruzə edib - FOTO

Kamal Abdulla Tiflis Dövlət Universitetində "Azərbaycan multikulturalizmi" mövzusunda məruzə edib - <span style="color: red;">FOTO
# 03 mart 2015 13:50 (UTC +04:00)

Gürcüstan. Nizami Məmmədzadə - APA. Bu gün Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Kamal Abdulla İvane Cvaxışvili adına Tiflis Dövlət Universitetində (TDU) multikulturalizm siyasətindən bəhs edən məruzə ilə çıxış edib.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, tədbirdə Gürcüstan prezidentinin etnik məsələlər üzrə müşaviri Sofiko Şamanidi, Azərbaycanın Gürcüstandakı səfiri Azər Hüseyn, professor David Qoçeridze, gürcü alimləri, universitetin professor və müəllimləri, səfirlik əməkdaşları, həmçinin tələbələr iştirak edib.

Universitetin professoru David Qoçeridze tədbiri açaraq, sabahdan TDU auditoriyalarında "Azərbaycan multikulturalizmi" fənni ilə bağlı layihə həyata keçiriləcəyini və tələbələr qarşısında ilk mühazirəni Kamal Abdullanın oxuyacağını bildirib.

Kamal Abdulla görüş iştirakçılarını salamlayıb, 3 mart - Ana Günü münasibətilə gürcü qadınlarını xüsusi olaraq təbrik edib. Sonra o, "Azərbaycan multikulturalizmi" mövzusunda ilk mühazirəni professor David Qoçeridze ilə birlikdə oxuyacaqlarını bildirib: “Azərbaycan multikulturalizmi” fənninin bir çox Qərb ölkələrində və İ.Cavaxişvili adına TDU-da, o cümlədən qarşıdakı semestrdə Bolqarıstan, Litva, İtaliya, Belarus, Almaniya və sonra Rusiya universitetlərində tədrisinə başlanacağını bildirib: "Biz eyni zamanda Azərbaycanda Gürcüşünaslıq fənninin tədrisinə başlayacaq, həmçinin Tiflis universitetlərində Bakı Slavyan Universitetində "Gürcüşünaslıq" və "Gürcü dilinin və mədəniyyətinin öyrədilməsi", həmçinin Gürcüstanda "Azərbaycanın keçmişi, müasir həyatı və gələcəyi" adlı layihələr həyata keçirəcəyik".

K.Abdulla multikulturalizm layihəsinin elmi, siyasi və sosial layihə olduğunu bildirib: "Azərbaycanın 8 universitetində bu fənn tədris olunur. Azərbaycan dünyanın elə bir ölkəsidir ki, müxtəlif mədəniyyətləri və dinləri birləşdirən dövlət olaraq bütün sahələrdə inkişaf edir, burada müxtəlif konfessiyalar bir-biri ilə dinc münasibət şəraitində yaşayırlar. Gürcüstanda da belə münasibət var".

Gürcüstanın etnik məsələlər üzrə dövlət müşaviri Sofiko Şamanidi Azərbaycanın çoxmillətli ölkə olduğunu bildirib. O, "Gürcüstan multikultarizmi" fənninin də yaradılmasını təklif edib.

Tədbirdə Azərbaycanın Gürcüstandakı səfiri Azər Hüseyn və professor Appolon Saqinadze də çıxış ediblər.

Sonda Kamal Abdulla iştirakçıların suallarını cavablandırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR