Qulduruq edən 3 nəfər yaxalanıb

Qulduruq edən 3 nəfər yaxalanıb
# 24 noyabr 2014 13:19 (UTC +04:00)

Bakı. Fuad Cəfərov – APA. Azərbaycanda quldurluq edən 3 nəfər yaxalanıb. APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, paytaxtın Sabunçu rayon Polis İdarəsinin 14-cü Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 22-də vətəndaş Zahidə Həsənovanın evindən quldurluq yolu ilə 5000 manat və 5500 ABŞ dolları məbləğində pul, habelə 15000 manat dəyərində qızıl əşyalar aparmış Bakı şəhər sakinləri Vəli Allahverdiyev, Xəyal Məmmədov və Sadiq Bayramov tutulublar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR