“Akkord” “Uğur 2014” milli mükafatına layiq görülüb - FOTOSESSİYA

“Akkord” “Uğur 2014” milli mükafatına layiq görülüb - <span style="color: red;">FOTOSESSİYA
# 27 aprel 2015 15:40 (UTC +04:00)

Bakı. Musa Əhmədov – APA-Economics. “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC növbəti dəfə iqtisadiyyat və biznes sahəsində “Uğur” milli mükafatının sahibi olub.

Şirkətdən “APA-Economics”ə verilən məlumata görə, “Consulting and Business” jurnalının təsis etdiyi ənənəvi nüfuzlu mükafata Korporasiya “Milli iqtisadiyyatın inkişafına verdiyi töhfələrə görə” layiq görülüb.

Şamaxıda baş tutan təntənəli mərasimdə 2014-cü ilin nəticələrinə əsasən, bu nüfuzlu mükafata layiq görülən 20-dən artıq şirkət və qurumun iştirak etdiyi təntənəli təqdimetmə mərasimi keçirilib.

2014-cü ildə Azərbaycanda daxili məhsuldarlığı yüksəltmək yolu ilə ölkəmizin xarici idxaldan asılılığını aradan qaldırmaq kimi vacib dövlət siyasətinə dəstək olmaq xətti götürən “Akkord” Korporasiyası nominantlar arasında xüsusi nailiyyətləri ilə seçilənlərdən olub. Qeyd olunub ki, ölkə başçısı tərəfindən elan edilmiş “Sənaye ili” çərçivəsində istər sənaye məhsullarının istehsal həcminin, istərsə də çeşidliliyin artırılması istiqamətində görülən mühüm əhəmiyyətli işlərlə yanaşı, korporasiya yeni, daha effektiv idarəetmə sistemlərini tətbiq edib. Bunun nəticəsi olaraq, sənaye sahələrinə uyğun olaraq yeni məhdud məsuliyyətli cəmiyyətlər yaradılıb və məhsul istehsalı sahəsində ciddi nailiyyətlər əldə edilib, milli iqtisadiyyatın inkişafına mühüm töhfələr verilib.

Tədbirdə “Akkord” Korporasiyasının layiq görüldüyü mükafat şirkətin mərasimdə iştirak edən nümayəndə heyətinin rəhbəri, qurumun işlər idarəsinin direktoru Eyyub Məmmədova təqdim edilib.

E. Məmmədov təsisçi və təşkilatçılara korporasiyanın fəaliyyətinə verilən bu yüksək qiymətə görə təşəkkürünü bildirib. E.Məmmədov “Akkord” Korporasiyasının öz fəaliyyətində daim “hər şey insan üçün” fəlsəfəsinə söykəndiyini, milli iqtisadi inkişafa yönəlmiş bütün istiqamətlərdə səylə çalışdığını və bu baxımdan inanılmaz əzm və iradə nümayiş etdirən ölkə prezidenti İlham Əliyevin yürütdüyü daxili və xarici siyasətə dəstək vermək üçün mümkün olan hər şeyi etdiyini vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR