Budapeştdə “Sübhün səfiri” filminin təqdimatı keçirilib - FOTOSESSİYA

Budapeştdə “Sübhün səfiri” filminin təqdimatı keçirilib - <span style="color: red;">FOTOSESSİYA
# 23 oktyabr 2014 11:20 (UTC +04:00)

Bakı – APA. “Sübhün səfiri” filminin təqdimatı ilə əlaqədar Budapeştdə səfərdə olan Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar Macarıstan Yazıçılar İttifaqının sədri Yanoş Sent-Martin və müasir macar ədəbiyyatının aparıcı simaları ilə görüşüb.

Azərbaycanın Macarıstandakı səfirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüşdə iki ölkənin yaradıcılıq təşkilatları arasında qarşılıqlı əməkdaşlığın inkişafı ilə bağlı fikir mübadiləsi aparılıb, ədəbi-bədii jurnalların müştərək saylarının hazırlanması, qarşılıqlı səfərlər, ədəbiyyatın tanınmış simalarının əsərlərinin tərcümə və nəşri məsələlərinin vacibliyi qeyd edilib.

Görüşdə iştirak edən səfir Vilayət Quliyev Azərbaycanın klassik və müasir ədəbiyyat nümunələrinin macar dilinə tərcüməsi və nəşri istiqamətində görülən işlərdən danışıb, bir sıra yeni nəşrləri Macarıstan Yazıçılar İttifaqının kitabxanasına hədiyyə edib.

“Sübhün səfiri” filminin yaradıcı heyətinin iştirakı ilə digər görüş Macarıstanın Milli Ehtiyatlar Nazirliyində keçirilib. Nazirliyin mədəniyyət və incəsənət departamentinin rəisi Dora Hausenblaxla söhbət zamanı Azərbaycan Yazıçılar Birliyinin sədri Anar müstəqillik illərində mədəniyyətin və ədəbiyyatın inkişafı istiqamətində ölkəmizdə görülən işlərdən danışıb. AYB sədrinə Macarıstanın mədəniyyət siyasəti və bu siyasətdə Azərbaycanın yeri, eləcə də yaxın vaxtlarda Bakıda fəaliyyətə başlayacaq Macarıstan Mədəniyyət İnstitutunun planları barəsində məlumat verilib.

Həmçinin oktyabrın 22-də Budapeştin mərkəzindəki “Urania” milli kino mərkəzində “Sübhün səfiri” filminin təqdimat mərasimi keçirilib. Film nümayişindən əvvəl səhnəyə dəvət olunan yaradıcı heyət – ssenari müəllifi, xalq yazıçısı Anar, filmin rejissoru, xalq artisti Ramiz Həsənoğlu və baş rolun ifaçısı, xalq artisti Rasim Balayev XIX yüzilliyin böyük azərbaycanlısı Mirzə Fətəli Axundzadənin həyat və mübarizəsinə həsr olunan bu kino lenti üzrəindəki iş haqqında tamaşaçılara məlumat veriblər.

Filmin böyük maraqla qarşılanan nümayişindən sonra “Urania” milli kino mərkəzində yaradıcı heyət üzvlərinin mətbuat konfransı və macar tamaşaçıları ilə görüşü keçirilib. Təqdimat mərasimində bir sıra macar televiziyalarının, qəzet və elektron nəşrlərin təmsilçiləri iştirak ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR