İlham Əliyev: "Azərbaycan demokratiya və insan haqları prinsipinə sadiqdir"

İlham Əliyev: "Azərbaycan demokratiya və insan haqları prinsipinə sadiqdir"
# 07 iyun 2016 14:51 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. "Azərbaycan demokratiya və insan haqları prinsipinə sadiqdir".

APA-nın məlumatına görə, bunu Azərbaycan prezidenti İlham Əliyev Almaniya kansleri Angela Merkellə görüşdən sonra keçirilən mətbuat konfransında deyib.

Dövlət başçısı bildirib ki, kanslerlə görüşdə Azərbaycandakı siyasi vəziyyət də müzakirə edilib: “Bu məsələlərin inkişafı üçün, o cümlədən sərbəst toplaşma, ifadə azadlığı sahəsində bir sıra addımlar atılıb. Azərbaycanda internet azaddır. Həmçinin ölkəmizdə din və etiqad azadlığı mövcuddur. Bu il Azərbaycanda "Multikulturalizm ili" elan edilib. Azərbaycanda müxtəlif dinlər harmoniyada yaşayır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR