Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri: “Qaradağ və Səbail rayonlarındakı çimərliklərdən istifadə etmək məqsədəuyğun sayılmır”

Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri: “Qaradağ və Səbail rayonlarındakı çimərliklərdən istifadə etmək məqsədəuyğun sayılmır”
# 04 avqust 2014 13:36 (UTC +04:00)

Bakı. Gülnar Bəşirova- APA. “Abşeron yarımadasında yerləşən çimərliklərdə monitorinqlər davam edir”. Bunu APA-ya açıqlamasında Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri Ziyəddin Kazımov deyib. O bildirib ki, 15 gündən bir çimərliklərdə monitorinqlər aparılır: “Hazırda Qaradağ və Səbail rayonları ərazisində yerləşən çimərliklərdə vətəndaşların çimməsi məqsədəuyğun sayılmır. Bu iki çimərlikdən başqa, digər çimərliklərin göstəriciləri normalara uyğundur”.

Z. Kazımov əlavə edib ki, monitorinqlər zamanı dəniz suyu nümunələri bakterioloji və digər göstəricilərə uyğunluq baxımından tədqiq edilir və çimərliklərdəki sanitar vəziyyət yoxlanılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR