DİN ATV əməkdaşlarının döyülməsi faktı ilə bağlı məlumat yayıb

DİN ATV əməkdaşlarının döyülməsi faktı ilə bağlı məlumat yayıb
# 06 iyun 2016 09:19 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Daxili İşlər Nazirliyi (DİN) ATV telekanalının əməkdaşlarının döyülməsi faktı ilə bağlı məlumat yayıb.

APA-nın nazirliyin saytına istinadən verdiyi məlumata görə, iyunun 4-də saat 19.00 radələrində ATV telekanalının “Yoxlama” layihəsinin əməkdaşları - Azər İsmayılov, Elgün Bayramlı, Loğman İsmayılov, Arif Quliyev, İlqar Quliyev və Polad Axundzadə ilə Şamaxıda çəkiliş apardıqları “Şamaxı” yeməkxanasında oranın sahibi Hüseyn Allahverdiyev və qohumu Elşad Osmanov arasında münaqişə baş verib. Bu zaman H.Allahverdiyev və E.Osmanov ATV telekanalının əməkdaşlarını döyüb, habelə onlara məxsus videokameranı, səs qurğusunu və digər avadanlıqları sındırıblar.

Toplanmış material rayon prokurorluğuna göndərilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR