Sevinc Vaqifqızı ilə "Ana xəbər" bloku – 10 İyun

Sevinc Vaqifqızı ilə "Ana xəbər" bloku – 10 İyun
# 10 iyun 2016 18:01 (UTC +04:00)

GÜNÜN ŞƏRHİ

NATO-nun Varşava sammiti ərəfəsində Şərqi Avropa ölkələri Rusiyaya meydan oxumağa başlayıb. Varşava görüşü Qərbin Şərqi, yəni Şərqi Avropa ölkələrini öz qalxanı altına alması sammiti sayılır. NATO himayəsinə girən ölkələr artıq bunun haqqını verməyə başlayıblar. Himayə altına girmək dedikdə NATO-ya üzvlük nəzərdə tutulmur. Bu gün Rusiya ilə söz duelinə girən ölkələr çoxdan NATO ölkələridir, lakin alyansın bu ölkələrdə hərbi iştirak payı azdır. Bu gün daha çox Şərqə doğru genişlənmə kimi dəyərləndirilən proses NATO-nun keçmiş SSRİ sərhədi boyunca yerləşən sabiq sosialist ölkələrində hərbi gücünü genişləndirməlidir. Artıq bu proses Polşada başlayıb, Rumıniyada davam edir. Sammitdə qəbul olunacaq qərarlar Bolqarıstanın da Rusiyaya qarşı ön cəbhədə yer almasını təmin edəcək. Sofiya artıq bu yeni statusuna hazır görünür. Dünən və bu gün verilən rəsmi bəyanatlar, Rusiya və Qərbin güc müqayisəsində birincinin zəif göstərilməyə çalışması buna sübutdur.

Vüqar MƏSİMOĞLU

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR