Qəbələ sakinləri qanvermə aksiyasında fəal iştirak ediblər

Qəbələ sakinləri qanvermə aksiyasında fəal iştirak ediblər
# 06 iyun 2015 08:18 (UTC +04:00)

Qəbələ. Elvin Yaqubov - APA. “Talassemiya ilə mübarizəyə dair 2015-2020-ci illər üçün Dövlət Proqramı”na uyğun olaraq Qəbələ Müalicə Diaqnostika Mərkəzində qanvermə aksiyası keçirilib.

APA-nın yerli bürosunun xəbərinə görə, səhiyyə ocağının təşkilatçılığı ilə “Talassemiyasız həyat naminə” şüarı altında keçirilən xeyriyyə tədbirində B.Ə.Eyvazov adına Respublika Elmi-Tədqiqat Hemotologiya və Transfuziologiya İnstitutunun nəzdində fəaliyyət göstərən Mərkəzi Qan Bankının həkimləri əvvəlcə qan vermək istəyən vətəndaşları müayinə ediblər. Qan xəstəliklərindən əziyyət çəkən insanlara köməklik məqsədilə keçirilən aksiya zamanı rayonun idarə və təşkilatlarında çalışan və könüllü qan vermək üçün xəstəxanaya müraciət edən 170 nəfərdən qan götürülüb. Tədarük olunan qan və qandan hazırlanan preparatlardan hemofiliyalı və talassemiyalı, həmçinin qana ehtiyacı olan bütün xəstələrin müalicəsində istifadə olunacaqdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR