Mingəçevirdə ağır yol qəzası baş verib - VİDEO - YENİLƏNİB

Mingəçevirdə ağır yol qəzası baş verib - <span style="color: red;">VİDEO  - <span style="color: red;">YENİLƏNİB
# 25 mart 2015 07:41 (UTC +04:00)

Mingəçevir. Elvin Yaqubov - APA. Mingəçevir şəhərində sərnişin avtobusunun iştirakı ilə baş verən zəncirvari avtomobil qəzası zamanı ölən 3 nəfərin və xəsarət alan 10 nəfərin adları məlum olub.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün səhər 09:30 radələrində Mingəçevir şəhərinin Heydər Əliyev prospektində qeydə alınıb. 8 saylı xətt marşrutu üzrə hərəkət edən, 1983-cü il təvəllüdlü Elgün Hüseynovun idarə etdiyi 02-BN-084 dövlət nömrə nişanlı “Otoyol” markalı sərnişin avtobusu ilə 66-BE-770 dövlət nömrə nişanlı “VAZ 2109” və 1964-cü il təvəllüdlü İmaməli Hacıyevin idarə etdiyi 10-DZ-245 dövlət nömrə nişanlı “QAZ 2410” markalı minik avtomobilləri toqquşub. Hadisə zamanı avtobus yoldan çıxaraq aşıb. Qəza nəticəsində 3 nəfər dünyasını dəyişib, 10 nəfər müxtəlif bədən xəsarətləri ilə Mingəçevir Mərkəzi şəhər Xəstəxanasına yerləşdirilib. 1944-cü il təvəllüdlü Qəmbərov Telman Savalan oğlu, 1993-cü il təvəllüdlü Abbasov Turan Ehtiram oğlu və 1944-cü il təvəllüdlü Həsənov Asif Əli oğlu aldıqları ağır xəsarətlər səbəbindən dünyasını dəyişib, 1961-ci il təvəllüdlü Bəsti Süleymanova, 1972-ci il təvəllüdlü Emilya Mirzəyeva, 1965-ci il təvəllüdlü Əhliman Zeynalov, 1962-ci il təvəllüdlü Məhburə Muradova, 1998-ci il təvəllüdlü Elton Tahirov, 1999-cu il təvəllüdlü Elvin Əliyev, 2000-ci il təvəllüdlü Rüstəm Mustafayev, 1957-ci il təvəllüdlü Tahir Səlimov, 1997-ci il təvəllüdlü Süleyman Allahverdiyev və 1965-ci il təvəllüdlü Rövşən Qasımov isə xəsarət alıblar. Yaralılardan bir neçə nəfəri yüngül xəsarət aldığı üçün ilkin tibbi yardım göstərilərək evə buraxılıb.

Faktla bağlı Mingəçevir şəhər Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

*** *** ***

Saat 10.41

Bakı. Hafiz Heydərov - APA. Mingəçevir şəhərində ağır yol-nəqliyyat hadisəsi baş verib. Şəhər Polis Şöbəsindən APA-ya verilən məlumata görə, hadisə bu gün səhər saatlarında Mingəçevir avtovağzalı yaxınlığında qeydə alınıb. 8 saylı xətt üzrə hərəkət edən marşrut avtobusu “VAZ-2109” markalı avtomobillə toqquşub. Qəza nəticəsində 2 nəfər ölüb, 10-a yaxın şəxs xəsarət alıb.

Hazırda hadisə yerində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR