Vəkil: “Şirkətə basqın edən şəxslərin barələrində tədbir görülməyib”

Vəkil: “Şirkətə basqın edən şəxslərin barələrində tədbir görülməyib”
# 16 iyun 2016 13:24 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. İyunun 10-da Bakıda yerləşən "Evrostroy-S" MMC-nin ofisinə basqın edərək şirkətin menecerini və daha bir nəfəri döyərək bədən xəsarətləri yetirən şəxslər barəsində hər hansı tədbir görülməyib.

Bu barədə APA-ya məlumat verən zərərçəkmiş Bəxtiyar Təhməzovun vəkili Ceyhun Yusifov bildirib: "Sanki belə bir hadisə baş verməyib. Halbuki həmin şəxslərin kimliyi məlumdur".

Qeyd edək ki, iyunun 10-da Avropa çempionu olan Qarayev Rafael Nüsrət oğlu və digər bir neçə nəfər şirkətə basqın edərək menecer vəzifəsində işləyən Bəxtiyar Təhməzovu və İlqar adlı şəxsi döyərək ağır xəsarətlər yetiriblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR