Bakıda fərdi ev yanıb

Bakıda fərdi ev yanıb
# 13 noyabr 2015 17:26 (UTC +04:00)

Bakı-APA. Bakıda yanğın hadisəsi qeydə alınıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Bakının Sabunçu rayonunda vətəndaşa məxsus ümumi sahəsi 70 kv.m olan birmərtəbəli 4 otaqlı evin 1 otağının yanar konstruksiyaları 12 kv.m sahədə və içərisindəki əşyalar yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 18:40-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR