Anasını amansızlıqla öldürən şəxsin şikayəti təmin edilməyib

 Anasını amansızlıqla öldürən şəxsin şikayəti təmin edilməyib
# 26 may 2015 07:56 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bakı Apellyasiya Məhkəməsində anasını amansızlıqla qətlə yetirməkdə təqsirləndirilən Mürsəl Dünyamalıyevin apellyasiya şikayəti əsasında məhkəmə prosesi başa çatıb.

APA-nın məlumatına görə, məhkəmənin qərarı ilə onun şikayəti təmin edilməyib.

Qeyd edək ki, M. Dünyamalıyev 2013-cü il dekabrın 18-də anası Cəmilə Dünyamalıyevaya 102 bıçaq zərbəsi vuraraq qətlə yetirib. O, daha sonra könüllü olaraq Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Bölməsinə gələrək təslim olub.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə M. Dünyamalıyev 13 il müddətinə azadlıqdan məhrum edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR