Somalidə terrorçular hərbi bazaya hücum edib

Somalidə terrorçular hərbi bazaya hücum edib
# 14 iyul 2015 18:48 (UTC +04:00)

Bakı-APA. Somalidə “Əş-Şəbab” terror qruplaşmasının silahlıları hərbi bazaya hücum edib.

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, insident ölkənin cənubunda, Badio şəhərində qeydə alınıb.

Toqquşma nəticəsində 4 silahlı məhv edilib, həmçinin Somali ordusunun 2 zabiti həlak olub. Somali silahlı qüvvələri komandanlığının nümayəndəsi Adou Cimaalenin sözlərinə görə, bir neçə saat davam edən qarşıdurmadan sonra ordu silahlıların hücumunu dəf etməyə müvəffəq olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR