Şəmkir. Azər Məmmədli – APA. Şəmkirdə zəhərlənmə hadisəsi baş verib.
APA-nın verdiyi məlumata görə, Şəmkir şəhərinin Posanlı yaşayış massivində yaşayan 2002-ci il təvəllüdlü Günel Asif qızı İsayeva dəm qazından zəhərlənmə əlamətləri ilə Şəmkir Mərkəzi Rayon xəstəxanasına yerləşdirilib.
13 yaşlı qıza dərhal tibbi yardım göstərilib, vəziyyətinin orta ağır olduğu bildirilir.
Məlumata görə, G. İsayeva yaşadığı evin vanna otağında olarkən dəm qazından zəhərlənib.