ABŞ-da iki təyyarə toqquşub

ABŞ-da iki təyyarə toqquşub
# 07 iyul 2015 20:51 (UTC +04:00)

Bakı-APA. ABŞ Hərbi-Hava Qüvvələrinə məxsus “F-16” tipli qırıcı təyyarəsi Cənubi Karolina ştatında “Cessna” kiçik mühərrikli təyyarə ilə toqquşub. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, insident şahidlərinin sözlərinə əsasən, toqquşma partlayışla nəticələnib.

İlkin məlumata görə, qırıcı təyyarənin pilotu katapult edə bilib. “Cessna”-nın ekipajı barədə hələlik məlumat yoxdur. Hadisə yerinə polis və həkim briqadaları cəlb olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR