Sabah Bakının dörd rayonunun qaz təchizatı məhdudlaşdırılacaq

Sabah Bakının dörd rayonunun qaz təchizatı məhdudlaşdırılacaq
# 13 aprel 2015 09:51 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Sabah Bakının bəzi rayonlarının qaz təchizatında məhdudiyyətlər olacaq.

Azərbaycan Dövlət Neft Şirkətindən (SOCAR) “APA-Economics” verilən məlumata görə, aprelin 14-də saat 10:00-dan 18:00-dək “Qaz İxrac” İdarəsinin Abşeron Magistral qaz kəmərləri sahəsinin “Nərimanov”, “Böyük-Şor”, “30-cu sahə”, “Qazanlar”, “Bakıxanov” və “Keşlə” Qazpaylama stansiyalarında, eləcə də həmin stansiyalardan qidalanan bəzi ölçü qovşaqlarında carı təmir işləri aparılacaq.

Təmir işləri aparılan müddətdə Bakı şəhəri Nərimanov, Sabunçu, Xətai və Nizami rayonlarının bəzi hissələrinin qaz təchizatında qismən məhdudiyyətlərin olması mümkündür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR