BANM-də qanvermə aksiyası keçirilib

BANM-də qanvermə aksiyası keçirilib
# 14 iyun 2016 09:30 (UTC +04:00)

Bakı-APA. Bakı Ali Neft Məktəbinin (BANM) işçiləri arasında xeyriyyə məqsədi ilə qanvermə aksiyası keçirilib. BANM-dən APA-ya verilən məlumata görə, aksiya Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun Mərkəzi Qan Bankı ilə SOCAR-ın birgə təşəbbüsü və hazırladıqları qrafikə uyğun olaraq aparılıb.

Tədbir SOCAR-ın işçilərə tibbi xidmətin təşkilinə nəzarət şöbəsinin rəis müavini İlqar Haqverdiyevin nəzarəti ilə baş tutub. Qan Bankının şöbə müdiri Gülarə Abbasovanın rəhbərlik etdiyi həkim briqadası aksiya çərçivəsində donorlara yüksək tibbi xidmət göstərib.

Qeyd olunub ki, SOCAR-ın işçiləri arasında keçirilən aksiyanın əsas məqsədi talassemiyadan əziyyət çəkən uşaqlara dəstək olmaqdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR