Xarici şirkət "SOCAR Cape" MMC-ni məhkəməyə verib

Xarici şirkət "SOCAR Cape" MMC-ni məhkəməyə verib
# 21 sentyabr 2015 08:27 (UTC +04:00)

APA-nın məlumatına görə, “Human Resources Supplier” şirkəti pul tələbi iddiası ilə 1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsinə müraciət edib. Lakin məhkəmə iddianı rədd edib. Bundan narazı qalan “Human Resources Supplier” şirkəti Bakı Apellyasiya Məhkəməsinə müraciət edib. Hazırda şikayətə baxılır.

Qeyd edək ki, “Socar Cape” MMC 2010-cu ildə qeydiyyatdan keçib. MMC-nin təsisçisi qismində SOCAR (51%) və Böyük Britaniyanın "Cape Industrial Services Limited" (49%) çıxış edir.

"SOCAR Cape" "Amec-Tekfen-Azfen" alyansı ilə "Chirag oil project" çərçivəsində platformanın yuxarı tikililərinin hazırlanması üzrə xidmətlərin göstərilməsi üçün müqavilə imzalayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR