Azərbaycan prezidenti Astara rayonuna 5,5 milyon manat ayırıb

Azərbaycan prezidenti Astara rayonuna 5,5 milyon manat ayırıb
# 13 aprel 2015 16:06 (UTC +04:00)

APA-Economics”in məlumatına görə, Astara şəhərində 860 yerlik 2 saylı tam orta məktəb binasının əsaslı təmiri və on iki min nəfər əhalinin yaşadığı 38 yaşayış məntəqəsini birləşdirən Taxtanəkəran-Miki, Taxtanəkəran-Toradi kəndlərarası avtomobil yollarının yenidən qurulması məqsədilə 2015-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Astara Rayon İcra Hakimiyyətinə 5,5 milyon (beş milyon beş yüz min) manat, o cümlədən 2 saylı tam orta məktəb binasının əsaslı təmiri üçün 2,5 milyon (iki milyon beş yüz min), kəndlərarası avtomobil yollarının yenidən qurulması üçün ilkin olaraq 3,0 (üç) milyon manat ayrılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR