Nazir: "Neftin bugünkü qiymətləri həm istehsalçıları, həm də istehlakçıları qane edir"

Nazir: "Neftin bugünkü qiymətləri həm istehsalçıları, həm də istehlakçıları qane edir"
# 17 iyun 2016 08:00 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Neftin 1 barelinin 50 dollar olması, yəni mövcud qiymət həm istehlakçıları, həm də istehsalçıları qane edir. "APA-Economics" "Bloomberg" agentliyinə istinadən xəbər verir ki, bu barədə Rusiyanın energetika naziri Aleksandr Novak bildirib.

"Bugünkü qiymət fundamental olaraq yaxşıdır. Neftin 1 barelinin 50 dollar olması həm istehlakçıları, həm də istehsalçıları qane edir", - deyə nazir qeyd edib.

Onun sözlərinə görə, ucuz neft dövrü təxminən 10-15 il davam edə bilər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR