Tərcümə Mərkəzi London Kitab Sərgisində iştirak edir

Tərcümə Mərkəzi London Kitab Sərgisində iştirak edir
# 15 aprel 2015 08:33 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Nazirlər Kabineti yanında Tərcümə Mərkəzi Böyük Britaniya Krallığında keçirilən London Kitab Sərgisində iştirak edir.

APA-nın məlumatına görə, Mərkəzin sərgidə Azərbaycan dilinə tərcümə edilən kataloqları, “Tərcümə Mərkəzinin Kitabları” seriyasından nəşrləri, “Xəzər” dünya ədəbiyyatı jurnalının son nömrələri, ingilis dilində nəşr edilən “Candles” (Müasir Azərbaycan şeir antalogiyası) kitabı və s. nəşrlər nümayiş etdirilir.

Tərcümə Mərkəzinin rəhbərliyi Böyük Britaniya Krallığının “English Pen” Free Word Centre (Azad Söz Mərkəzi) və digər tərcümə qurumları ilə qarşılıqlı əməkdaşlıq görüşləri keçirəcək.

Sərginin açılışında Azərbaycanın Böyük Britaniya Krallığındakı fövqəladə və səlahiyyətli səfiri Tahir Tağızadə də iştirak edib. Mərkəzin direktoru A.Məsud T.Tağızadə ilə Azərbaycan mədəniyyətinə və ədəbiyyatına aid nəşrlərin Böyük Britaniyada yayılması və nəşri, ölkəmizin təbliğatı istiqamətində fikir mübadiləsi aparıblar.

Tədbirdə Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığıyla qurulan Azərbaycan stendində dövlətçilik, Qarabağ həqiqətləri, Azərbaycan mədəniyyətinə, incəsənətinə və ədəbiyyatına dair kitablar sərgilənir.

Sərgidə Azərbaycanı Tərcümə Mərkəzi, Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Milli Kitabxanası nəşriyyatlarının nümayəndə heyəti təmsil edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR