Şəkidə 71 yaşlı qadın bədbəxt hadisə nəticəsində ölüb

Şəkidə 71 yaşlı qadın bədbəxt hadisə nəticəsində ölüb
# 01 sentyabr 2015 21:26 (UTC +04:00)

Şəki Rayon Mərkəzi Xəstəxanasından (RMX) APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, sentyabrın 1-i axşam saat 20:30 radələrində rayonun Aşağı Göynük kənd sakini, 1944-cü il təvəllüdlü Sürayə Mahmud qızı Səmədova ağır kəllə-beyn travması və koma vəziyyətində xəstəxanaya daxil olub. Həkim müayinəsi və araşdırması zamanı məlum olub ki, yaşadığı evin həyətyanı sahəsində tikilmiş mal tövləsinin çardağına yumurta götürmək üçün çıxan 71 yaşlı Sürayə Səmədova ehtiyatsızlıqdan yıxılaraq ağır-kəllə beyn travması alıb.

Həkimlərin səyinə baxmayaraq Sürayə Səmədova xəstəxananın reanimasiya şöbəsinə yerləşdirildikdən bir qədər sonra aldığı ağır kəllə-beyn travmasından ölüb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR