Xarici vətəndaşların Ukrayna ordusunda hərbi xidmət keçməsinə icazə verilib

Xarici vətəndaşların Ukrayna ordusunda hərbi xidmət keçməsinə icazə verilib
# 10 iyun 2016 14:53 (UTC +04:00)

Bakı. Türbət Bağırova - APA. Ukrayna prezidenti Pyotr Poroşenko “Xarici vətəndaşların və vətəndaşlığı olmayan şəxslərin Ukrayna Silahlı Qüvvələrində hərbi xidmət keçməsi qaydaları”nın təsdiqlənməsi ilə bağlı sərəncam imzalayıb.

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Ukrayna prezident administrasiyasının mətbuat xidmətindən bildirilib.

Qaydaların qüvvəyə minməsi xarici ölkə vətəndaşları və vətəndaşlığı olmayan şəxslərin Ukraynanın ərazi bütövlüyü və müstəqilliyinin qorunması üçün könüllülük əsasında, vicdanla Ukrayna Silahlı Qüvvələrində borclarını yerinə yetirməsinə imkan verəcək .

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR