ABŞ-da helikopter yaşayış evinə düşüb, ölənlər var

ABŞ-da helikopter yaşayış evinə düşüb, ölənlər var
# 23 mart 2015 18:32 (UTC +04:00)

Bakı-APA. ABŞ-ın Orlando şəhərində (Mayami ştatı) helikopter qəzaya uğrayaraq fərdi yaşayış evinə düşüb.

APA-nın “AFP”-yə istinadən verdiyi xəbərə görə, insident nəticəsində helikopterdə olan 3 nəfər ölüb.

Ölənlərin ər-arvad və onların ailə dostu olduğu bildirilir. Hadisə zamanı yaşayış evində heç kim olmayıb. Hazırda qəzanın səbəbləri araşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR