Gədəbəydə iki avtomobil toqquşub, xəsarət alan var

Gədəbəydə iki avtomobil toqquşub, xəsarət alan var
# 05 oktyabr 2015 19:23 (UTC +04:00)

Gədəbəy. Azər Məmmədli – APA. Gədəbəydə bir nəfərin yaralanması ilə nəticələnən yol nəqliyyat qəzası baş verib.

APA-nın qərb bürosunun verdiyi məlumata görə hadisə rayonun Böyük Qaramurad kəndi ərazisində qeydə alınıb.

“Niva” ilə “Mercedes” markalı avtomobilin toqquşması nəticəsində “Mercedes”-in sürücüsü 1952-ci il təvəllüdlü İsa Quliyev müxtəlif bədən xəsarətləri alaraq Şəmkir Mərkəzi rayon xəstəxanasına yerləşdirilib.

Həkimlər yaralının vəziyyətinin orta ağır olduğunu bildirirlər. Faktla bağlı Gədəbəy rayon Polis Şöbəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR