"Petkim"in rəhbəri: "Goldman Sachs International" şirkətinin SOCAR-dan pay alması bizə olan inamın göstəricisidir"

"Petkim"in rəhbəri: "Goldman Sachs International" şirkətinin SOCAR-dan pay alması bizə olan inamın göstəricisidir"
# 20 avqust 2015 10:49 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. "SOCAR Turkey Energy" şirkəti "Petkim Petrokimya Holding A.Ş."-dəki səhm paketinin 13%-ini "Goldman Sachs International" şirkətinə satması Türkiyəyə iqtisadiyyatına olan etibarın göstəricidir".

APA-Economics”in məlumatına görə, bunu CNBC telekanalına müsahibəsində “Petkim Petrokimya Holding A.Ş.”-nin rəhbəri Səlahəddin Korkut bildirib.

"Dünya nəhənglərindən biri ötən həftə Türkiyə iqtisadiyyatına 1,3 milyard dollar həcmində yatırım edib. Bu, həm Türkiyəyə, həm də SOCAR-ın Türkiyədəki yatırımlarına olan etibarın çox önəmli göstəricisi kimi qiymətləndirilməlidir. Düşünürəm ki, yeni ortağımız işimizə çox böyük təkan verəcək", - deyə S. Korkut qeyd edib.

Qeyd edək ki, "SOCAR Turkey Energy" şirkəti "Petkim Holding"dəki səhm paketinin 13%-ni satıb. "SOCAR Turkey Energy"nin rəhbəri Kənan Yavuzun sözlərinə görə, əqdin dəyəri 1,3 mlrd. ABŞ dolları təşkil edib. "SOCAR Turkey Energy"nin səhmlərinin 13%-i "Goldman Sachs International" investisiya şirkətinə satılıb. Adıçəkilən şirkət ABŞ-ın "Goldman Sachs" və "JP Morgan" bankları tərəfindən yaradılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR