Səbail məktəbliləri DSX-nin Heydər Əliyev Elmi Araşdırmalar Mərkəzində olublar

Səbail məktəbliləri DSX-nin Heydər Əliyev Elmi Araşdırmalar Mərkəzində olublar
# 10 dekabr 2014 10:00 (UTC +04:00)

Bakı - APA. Heydər Əliyevin anım günü tədbirləri çərçivəsində Səbail rayonunda yerləşən orta məktəblərin şagirdlərinin Dövlət Sərhəd Xidmətinin (DSX) Heydər Əliyev Elmi Araşdırmalar Mərkəzinə ekskursiyaları təşkil olunub.

DSX-nin mətbuat mərkəzindən APA-ya verilən məlumata görə, ekskursiyalar zamanı şagirdlərə Heydər Əliyevin xidmətləri, Azərbaycanın müstəqilliyi və dövlət quruculuğu sahəsində, xüsusən sərhəd mühafizəsinin formalaşmasındakı tarixi rolu barədə məlumat verilib. Bildirilib ki, onun müəyyənləşdirdiyi sərhəd strategiyasının bu gün prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilməsi nəticəsində Azərbaycan sərhəd mühafizəsi dünya standartları səviyyəsinə qaldırılıb, Azərbaycanın sərhədlərinin toxunulmazlığı etibarlı şəkildə təmin olunub.

Elmi Araşdırmalar Mərkəzində şagirdlər Heydər Əliyevin keçdiyi şərəfli həyat yolunu və fəaliyyətini, eləcə də dövlət sərhədlərinin mühafizəsinə göstərdiyi yüksək diqqət və qayğını əks etdirən çoxsaylı eksponatlarla, foto və kitablarla tanış olublar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR