İrakli Qaribaşvili: “Bakı-Tiflis-Qars dəmir yolu Azərbaycan, Türkiyə və Gürcüstanı iqtisadi sahədə birləşdirəcək”

İrakli Qaribaşvili: “Bakı-Tiflis-Qars dəmir yolu Azərbaycan, Türkiyə və Gürcüstanı iqtisadi sahədə birləşdirəcək”
# 29 oktyabr 2014 11:21 (UTC +04:00)

Tiflis. Nizami Məmmədzadə - APA. “Gürcüstan coğrafi cəhətdən strateji mövqeyə malikdir və iqtisadiyyatı xarici investorlar üçün açıqdır”.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, bunu Gürcüstanın baş naziri İrakli Qaribaşvili Tiflisdə keçirilən “Gürcüstan - Asiyanın regional Mərkəzi və Avropaya açılan qapısıdır” (Georgia-Regional Hub and Asia’s Gateway to Europe) adlı I Beynəlxalq İnvestisiya Forumunda deyib.

“Ölkəmizin gözəl potensiyalı, hidroelektrik sahədə yaxşı inkişaf dinamikası, istehsalı, logistikada və nəqliyyatda, eləcə də ölkəmiz turizm, səhiyyə, təhsil və daşınmaz əmlak sahəsində inkişaf edən ölkədir. Azərbaycan, Türkiyə və Ermənistan bizim qonşularımızdır. Biz regionumuzun və digər yaxın xarici ölkələrlə müxtəlif layihələr həyata keçiririk. 2015-ci ildə Bakı-Tiflis-Qars dəmir yolunun açılması Azərbaycan, Türkiyə və Gürcüstanı iqtisadi sahədə birləşdirəcək. Bakı-Tiflis-Qars dəmiryolu xətti ilə 5 milyon ton və 1 milyon sərnişin daşınacaq”, - deyə baş nazir bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR