Kiyevdə hərbi sərgi keçiriləcək

Kiyevdə hərbi sərgi keçiriləcək
# 23 sentyabr 2014 12:10 (UTC +04:00)

Bakı. Rəşad Süleymanov – APA. Sentyabrın 24-dən 27-dək Ukraynanın paytaxtı Kiyev şəhərində “Silah və təhlükəsizlik-2014” sərgisi və “AVİASVİT – XXІ” aviasiya texnologiyaları sərgisi keçiriləcək. APA-nın sərginin təşkilat komitəsinə istinadən verdiyi məlumata görə, Ukrayna Nazirlər Kabinetinin və Təhlükəsizlik Şurasının dəstəyi ilə keçiriləcək sərgidə müasir hərbi və mülki silahlar, hərbi texnika növləri, təhlükəsizlik avadanlıqları, optik sistemlər, döyüş sursatları, videomüşahidə sistemləri, antiterror avadanlıqları və s. nümayiş etdiriləcək.

Sərgiyə ziyarətçi kimi Azərbaycandan da nümayəndə heyətlərinin qatılacağı gözlənilir.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR