Tərtər və Ağdamda partlamamış hərbi sursat tapılıb

Tərtər və Ağdamda partlamamış hərbi sursat tapılıb
# 07 iyun 2016 16:18 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev - APA. Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) tərəfindən iyunun 7-də Füzuli, Ağdam və Tərtər rayonlarında 5 ev və həyətyanı sahə, 5 əkin sahəsi, 31 partlayış yerinə baxış keçirilib.

ANAMA-dan APA-ya verilən məlumata görə, baxış zamanı Tərtər və Ağdamda 3 ədəd partlamamış hərbi sursat (1 ədəd 122 mm-lik top mərmisi, 1 ədəd 100 mm-lik top mərmisi və 1 ədəd 9M22U raketinin (Qrad) mühərrik hissəsi) aşkar olunaraq götürülüb və gün ərzində 61 710 kv. m ərazi təmizlənib.

Ümumilikdə Agentlik tərəfindən 7 Aprel – 07 İyun 2016-cı il tarixlərində Zərdab, Tərtər, Ağcabədi, Ağdam, Füzuli, Goranboy, Tovuz, Samux, Şəmkir, Cəlilabad, Ucar rayonlarında, Mingəçevir, Sumqayıt və Bakı şəhərlərində 585 ev və həyətyanı sahə, 2 hərbi hissə, 2 kənd qəbiristanlığı, 5 kənd orta məktəbi, 1 tibb məntəqəsi, 21 ferma, əkin sahələri və 1 çaxır zavodu ərazisinə baxış keçirilmiş, 1 507 ədəd partlamamış hərbi sursat, 11 ədəd piyada əleyhinə mina (PMN), 3 ədəd piyada əleyhinə POMZ-2 və 7 ədəd tank əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilib.


Hal-hazırda Agentlik tərəfindən yaradılmış xüsusi təyinatlı mobil çevik qrupları minaaxtaran itlərin dəstəyi ilə təmas xəttində yerləşən kəndlərdəki evlərlə yanaşı məktəblər və digər obyektlərin yerləşdiyi ərazilərdə əməliyyatları davam etdirir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR