Türkiyə Braziliyadakı səfirini geri çağırıb

Türkiyə Braziliyadakı səfirini geri çağırıb
# 08 iyun 2015 21:40 (UTC +04:00)

Bakı-APA. Türkiyə Braziliyadakı səfirini məsləhətləşmələr üçün geri çağırıb.

APA-nın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, bu barədə ölkə XİN-in yaydığı bəyanatda deyilir.

Braziliya Senatı mayın sonunda 1915-ci ildə ermənilərin qondarma soyqırımı ilə bağlı qətnamə qəbul edib.

“Braziliya Senatının həqiqətləri təhrif edən qərarı erməni lobbisinin təsiri ilə qəbul edilib. Türkiyənin mövqeyi Braziliyanın Ankaradakı səfirinin nəzərinə çatdırılıb, Türkiyənin Braziliyadakı səfiri Hüseyn Diriöz isə məsləhətləşmələr üçün geri çağrılıb”, sənəddə deyilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR