Azərbaycanın Qayanadakı səfiri etimadnaməsini bu ölkə prezidentinə təqdim edib

Azərbaycanın Qayanadakı səfiri etimadnaməsini bu ölkə prezidentinə təqdim edib
# 14 oktyabr 2014 07:59 (UTC +04:00)

Bakı – APA. Azərbaycan Respublikasının Qayana Respublikasındakı səfiri Elnur Sultanov etimadnaməsini Qayana prezidenti Donald Ramotara təqdim edib. XİN-in mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, səfir E. Sultanov iki ölkə arasında əlaqələrin inkişaf etdirilməsi üçün səy göstərəcəyini və ikitərəfli əməkdaşlıq üçün potensialın mövcud olduğunu bildirib.

D. Ramotar isə iki ölkənin bir çox beynəlxalq məsələlərə münasibətdə oxşar mövqelərdən çıxış etdiyini söyləyərək ticarət, kənd təsərrüfatı, energetika, təhsil, elm kimi sahələrdə, eləcə də beynəlxalq təşkilatlar çərçivəsində tərəfdaşlıq üçün imkanların olduğunu deyib.

Qayana Respublikasına səfəri çərçivəsində səfir E. Sultanov bu ölkə xarici işlər naziri Karolin Rodriges-Birkett, mədəniyyət, gənclər və idman naziri F. Entoni və digər rəsmi şəxslərlə görüşlər keçirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR