Ağsu rayonunun daha iki yaşayış məntəqəsi qazlaşdırılıb

Ağsu rayonunun daha iki yaşayış məntəqəsi qazlaşdırılıb
# 30 sentyabr 2014 09:33 (UTC +04:00)

Bakı. Aynur Əliyeva – APA-Economics. Bu gün Ağsu rayonunun Birinci Çaparlı və Qiyaslı kəndlərinə təbii qaz verilişinin bərpa edilməsi münasibəti ilə tədbir keçirilib.

“Azəriqaz” İstehsalat Birliyindən “APA-Economics”ə verilən məlumata görə, tədbirdə rayon icra hakimiyyəti və ARDNŞ-in təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak edib.

Bildirilib ki, 145 abonenti olan Birinci Çaparlı kəndinin qazlaşdırılması üçün ikipilləli sistem əsasında ümumi uzunluğu 499,5 metr olan müxtəlif diametrli polietilen və 10927 metr uzunluğunda müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, 2 ədəd şkaf tipli qaztənzimləyici məntəqə və 145 ədəd smart-kart tipli qaz sayğacı quraşdırılıb.

77 abonenti olan Qiyaslı kəndinin qazlaşdırılması üçün isə ikipilləli sistem əsasında ümumi uzunluğu 4000 metr olan müxtəlif diametrli polietilen və 9376 metr olan müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, 2 ədəd şkaf tipli qaztənzimləyici məntəqə və 77 ədəd smart-kart tipli qaz sayğacı quraşdırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR