Qulu Məhərrəmlinin İlhamə Novruzovaya qarşı iddiası əsasında məhkəmə davam etdirilib

 Qulu Məhərrəmlinin İlhamə Novruzovaya qarşı iddiası əsasında məhkəmə davam etdirilib
# 08 iyun 2016 13:42 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Nəsimi rayon Məhkəməsində telejurnalist Qulu Məhərrəmlinin jurnalist İlhamə Novruzova qarşı şikayəti əsasında məhkəmə prosesi davam etdirilib.

APA-nın məlumatına görə, iclasda İlhamə Novruzova dindirilib. O, Qulu Məhərrəmli barəsində yazdığı yazıda təhqir ifadələrinin olmadığını bildirib. Daha sonra İ. Novruzova proses iştirakçılarının suallarını cavablandırıb.


Qeyd edə ki, Q. Məhərrəmli Azərbaycanda televiziyanın kütləvi yayımına başlamasının 60 illiyi ilə bağlı verdiyi müsahibə televiziyanın sədri Arif Alışanov tərəfindən narazılıqla qarşılanıb və o, məhkəməyə müraciət edib. Həmin məhkəmə prosesində linqvistik ekspertiza ilə bağlı qərar verilib. Bunun üçün proses qeyri müəyyən vaxtadək təxirə salınıb.

Bundan sonra İlhamə Novruzova Q. Məhərrəmli barəsində yazı yazıb. Həmin yazıdan sonra Q. Məhərrəmli məhkəməyə müraciət edib. O, həmin yazının onun işgüzar nüfuzuna ziyan vurduğunu iddia edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR