NATO-nun hərbi xərcləri 2016-cı ildə 3 milyard dollar artacaq

NATO-nun hərbi xərcləri 2016-cı ildə 3 milyard dollar artacaq
# 13 iyun 2016 14:41 (UTC +04:00)

Bakı - APA. NATO-ya üzv ölkələrin müdafiə xərcləri 2016-cı ildə 3 milyard dollar artacaq.

APA-nın məlumatına görə, bu sözləri NATO-nun baş katibi Yens Stoltenberq bu gün keçirdiyi mətbuat konfransında deyib. O bildirib ki, bununla da illik artım 1,5 faiz təşkil edəcək. O, eyni zamanda NATO-nun Baltik ölkələri və Polşada 4 batalyon yerləşdirəcəyini təsdiqləyib.

Baş katib hərbi xərclərin və Şərqi Avropada hərbi aktivliyinin artmasının vacibliyini Rusiya istiqamətindən gələ biləcək təhdidlə əlaqələndirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR