Elçin Səfərov: “Azərbaycanda baş tutan heç bir tədbirə xarici vətəndaşlar tərəfindən bu qədər böyük maraq olmayıb” - MÜSAHİBƏ

Elçin Səfərov: “Azərbaycanda baş tutan heç bir tədbirə xarici vətəndaşlar tərəfindən bu qədər böyük maraq olmayıb”  - <span style="color: red;">MÜSAHİBƏ
# 11 iyul 2015 13:33 (UTC +04:00)

- Bakı-2015 Avropa Oyunları 17 gün ərzində bayram əhval-ruhiyyəsi yaşatdı. Bu böyük tədbir üçün görülən hazırlıq işləri barədə nə deyə bilərsiniz?

İlk hazırlıq Bakı Avropa Oyunları Əməliyyat Komitəsinin yaradılması ilə başlandı. Komitə yaradıldıqdan sonra xarici və yerli mütəxəssislər işə cəlb olundu. Ümumilikdə Bakı-2015 Avropa Oyunlarının həyata keçirilməsi üçün 2000-dən çox mütəxəssis cəlb olundu. İlk dəfə olaraq Avropa qitəsini əhatə edən oyunların Azərbaycanda keçirilməsi sözsüz ki, çox yüksək göstəricidir. Ancaq mütləq nəzərə almaq lazımdır ki, ilk işi görmək çətin və riskli olur. Risk onda idi ki, hazırlıq işləri üçün ayrılan zaman çox az idi. Bizim əsas məqsədimiz bu hadisəni qitə bayramına çevirmək və bütün izləyicilərə unudulmaz anlar bəxş etmək idi. Xarici informasiya vasitələri ilə imzalanmış müqavilələr və Avropa Oyunlarının nəinki yerli, həmçinin xarici mətbuatda geniş şəkildə işıqlandırılmasına əsaslanaraq əminliklə deyə bilərəm ki, biz bu işin öhdəsindən uğurla gəldik və yüksək nəticələr əldə etdik.

- Xarici vətəndaşların Azərbaycanda keçirilən Avopa Oyunlarına marağını necə qiymətləndirirsiniz?

Etiraf edək ki, statistikaya və akkreditasiyadan keçən qonaqların sayına görə indiyədək Azərbaycanda keçən hər hansı tədbirə bu qədər böyük maraq olmayıb. Bu müddət ərzində Bakı-2015 Avropa Oyunları Əməliyyat Komitəsinə heç bir rəsmi və qeyri-rəsmi şikayət daxil olmayıb. Düşünürəm ki, bunlar hamısı görülən işlərin yüksək səviyyəsindən xəbər verir.

- Sizcə, I Avropa Oyunlarının vətənimizdə keçirilməsi gəncliyimizə nə verdi?

Bu layihədə mən şəxsən gənclərimizin həmrəy şəkildə nəinki təşkilati işlərdə, həmçinin yarışların keçirildiyi bütün məkanlarda azarkeş kimi iştirakının şahidi oldum. Bu layihə gənclərimizdə gələcək işlərin görülməsi üçün böyük stimul yaratdı.

- Oyunların keçirilməsinə 15000 könüllü cəlb olunmuşdu. Onların işi barədə nə deyə bilərdiniz?

Könüllülərimizin işini xüsusi qeyd etmək lazımdır. Bu gənclər könüllü şəkildə vaxtlarını, enerjilərini bu işə sərf etdilər. Gördükləri işin çətinliyindən asılı olmayaraq onlar həmişə yüksək əhval-ruhiyyədə idilər. Könüllü məktəbi böyük məktəbdir, amma ölkəmizdə bu yeni bir məktəbdir. Düşünürəm ki, bu məktəbi belə saxlamaq olmaz, onu mütləq davam etdirmək lazımdır.

- Onlarla bağlı hansısa planlar varmı?

Təbii ki, var. İyulun 12-də Bakı-2015 Avropa Oyunlarının könüllülərinə, Azərbaycan milli yığmasının idmançılarına və Bakı-2015 Avropa Oyunları Əməliyyat Komitəsinin əməkdaşlarına həsr olunmuş xüsusi tədbir keçiriləcək. Bu tədbir vasitəsilə ilk dəfə hər kəsi bir araya yığmış olacağıq. Tədbir “Tarix yazdıq! Tarixə yazıldıq!” şüarı altında baş tutacaq və “Bakı 2015” paradı ilə saat 20.00-da Əl Oyunları Sarayından başlayacaq və Dənizkənarı Milli Parkda, “Saat qülləsi”nin yanında yekunlaşacaq. “Bakı 2015” paradı saat 21.00- da xüsusi konsert proqramı ilə davam edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR