Salyanda orta məktəbin ərazisində yanğın olub

Salyanda orta məktəbin ərazisində yanğın olub
# 29 avqust 2015 22:12 (UTC +04:00)

Bakı-APA. Salyanda yanğın hadisəsi qeydə alınıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Salyan şəhərində orta məktəbin ərazisində 50 kv.m sahədə quru ot yanıb.

Yüksək temperaturdan ümumi sahəsi 60 kv.m olan məktəbin sanitar qovşağının lambirdən ibarət tavanı 30 kv.m sahədə əriyib.

Tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 20:45-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR