“Azərbaycan Kredit Bankı” bu ilin I rübündə əksər maliyyə göstəricilərini kəskin artırıb

“Azərbaycan Kredit Bankı” bu ilin I rübündə əksər maliyyə göstəricilərini kəskin artırıb
# 09 aprel 2015 12:48 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. 2015-ci ilin I rübündə “Azərbaycan Kredit Bankı”nın aktivlərinin həcmi 56 mln. 455,809 min manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,93 dəfə çoxdur.

Bankdan “APA-Economics”ə verilən məlumata görə, hesabat dövründə bankın kredit portfeli 2,35 dəfə artaraq 54 mln. 143,45 min manat olub.

Bankın depozit portfeli hesabat dövrü ərzində 70,49% azalaraq 2 379,69 min manata bərabər olub. Əhalinin əmanətlərinin həcmi isə 2 376,6 min manat təşkil edib ki, bu da illik müqayisədə 70,48% azalma deməkdir.

Bir il ərzində bankın məcmu kapitalı 8 dəfə artaraq 49 mln. 31,66 min manata çatdığı halda, nizamnamə kapitalı 4,39 dəfə artaraq 50 mln. 181,38 min manat təşkil edib.

Cari ilin ilk üç ayı ərzində bankın əldə etdiyi mənfəət 4 mln. 603,16 min manat təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR