“Çağımızdan görünən orta əsrlər” mövzusunda beynəlxalq elmi konfrans keçiriləcək

“Çağımızdan görünən orta əsrlər” mövzusunda beynəlxalq elmi konfrans keçiriləcək
# 29 sentyabr 2014 08:10 (UTC +04:00)

Bakı. Gülnar Bəşirova - APA. Dekabrın 18-19-da Bakıda görkəmli ədəbiyyatşünas alim, AMEA-nın müxbir üzvü Azadə Rüstəmovanın elmi-ictimai fəaliyyətinə həsr olunmuş “Çağımızdan görünən orta əsrlər” mövzusunda beynəlxalq elmi konfrans keçiriləcək.

Azərbaycan Milli Elmlər Akademiyasından (AMEA) APA-ya verilən məlumata görə, konfrans “Rüstəmova Azadə və klassik Azərbaycan ədəbiyyatı məsələləri”, “Klassik ənənə və müasirlik”, “Klassik şeirin poetikası” və “Nizami və Şərq ədəbiyyatı” mövzularını əhatə edəcək.

Konfransda iştirak etmək istəyənlər tezis və məqalələrini oktyabrın 25-dək [email protected] elektron ünvanına və ya AMEA Nizami adına Ədəbiyyat İnstitutunun Orta əsrlər Azərbaycan ədəbiyyatı şöbəsinə 2 nüsxədə (elektron və kağız variantında) təqdim edə bilərlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR