Dünya birjalarında neft 3%-ə yaxın ucuzlaşıb

Dünya birjalarında neft 3%-ə yaxın ucuzlaşıb
# 11 iyun 2016 07:21 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. Dünya birjalarında neft 3%-ə yaxın ucuzlaşıb.

"APA-Economics" xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 1,49 dollar azalaraq 49,07 dollar təşkil edib.

ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri 1,41 dollar azalaraq 50,54 dollar olub.

Neftin ucuzlaşmasına dolların möhkəmlənməsi və ABŞ-da qazma qurğuları ilə bağlı statistikanın səbəb olduğu bildirilir. Sonuncu amil neftin ucuzlaşmasını daha da sürətləndirib. Belə ki, artıq ikinci həftədir ki, ABŞ-da qazma quyularının sayı 3 ədəd artaraq 328-ə yüksəlib.

Analitiklər hesab edir ki, “qara qızıl”ın hazırkı qiyməti əksər şirkətlərin kəşfiyyat işlərinə marağını artırdığından aktiv quyuların sayının artması davam edəcək və ABŞ-da neft hasilatının azalma tendensiyası zəifləyəcək: “Bu isə qiymətlərin yüksəlməsinə mənfi təsir edəcək”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR