Beyləqanda intihar etdiyi bildirilən qadının əri tərəfindən öldürüldüyü müəyyənləşib

Beyləqanda intihar etdiyi bildirilən qadının əri tərəfindən öldürüldüyü müəyyənləşib
# 17 iyun 2016 09:17 (UTC +04:00)

Bakı. Hafiz Heydərov - APA. Beyləqanda dəhşətli cinayətin üstü açılıb.

Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, rayon sakini, 1992-ci il təvəllüdlü Təhminə Məmmədlinin yaşadığı evdə özünü asması barədə polisə məlumat daxil olub.

Daxil olan məlumat əsasında həyata keçirilən araşdırmalar zamanı T. Məmmədlinin intihar etmədiyi, onun ailə-məişət münaqişəsi zəminində əri 1980-ci il təvəllüdlü Pərviz Məmmədov tərəfindən boğularaq öldürülməsi müəyyən edilib.

P. Məmmədov tutulub.

Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR