DSX-nın Akademiyasında faşizm üzərində qələbənin 70-ci ildönümünə həsr olunmuş tədbir keçirilib

DSX-nın Akademiyasında faşizm üzərində qələbənin 70-ci ildönümünə həsr olunmuş tədbir keçirilib
# 07 may 2015 10:21 (UTC +04:00)

Bakı - APA. Dövlət Sərhəd Xidmətinin Akademiyasında alman faşizmi üzərində qələbənin 70-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.

Xidmətin mətbuat mərkəzindən APA-ya verilən məlumata görə, tədbirdə Xətai rayonunun Veteranlar Şurasının nümayəndələri iştirak ediblər.

Tədbirdə çıxış edənlər 1941-1945-ci illərdə Azərbaycandan 700 min nəfərdən çox insanın müharibədə iştirak etməsindən, onların 300 min nəfərinin döyüşlərdə həlak olmasından, göstərdikləri igidliyə görə 123 nəfərin Sovet İttifaqı Qəhrəmanı adına və 170 min nəfərin müxtəlif orden və medallara layiq görülməsindən, azərbaycanlılardan ibarət milli diviziyaların Qafqazdan Berlinədək keçdiyi döyüş yolundan, arxa cəbhədə çalışan insanların rəşadətindən, müharibənin qələbə ilə başa çatmasında Bakı neftinin misilsiz rolundan danışıblar.

Tədbirin sonunda akademiyanın rəisi, general-mayor Araz Məmmədov veteranların gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə edilməsi istiqamətində gördükləri işlərin mühüm əhəmiyyət kəsb etdiyini bildirib.

Veteranlara hədiyyələr təqdim edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR