ARDNŞ “STAR” neft emalı zavodunun inşasına yatırılan vəsaiti açıqlayıb

ARDNŞ “STAR” neft emalı zavodunun inşasına yatırılan vəsaiti açıqlayıb
# 04 sentyabr 2014 11:03 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) Türkiyənin İzmir şəhərinin Əliağa vilayətində inşa etdirdiyi “STAR” neft emalı zavoduna bu günə qədər 800 mln. dollar vəsait qoyulub.

APA-Economics”in Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, bunu jurnalistlərə açıqlamasında ARDNŞ-in Türkiyədəki törəmə şirkəti olan “SOCAR Türkiye Enerji”nin prezidenti Kənan Yavuz bildirib.

“270 hektar ərazidə aparılan işlərə artıq 800 mln. dollar xərclənib. “Petkim” neft-kimya kompleksi ilə inteqrasiya olunacaq “STAR” neft emalı zavodu Türkiyənin neft-kimya sənayesində xaricdən aslığını sıfıra endirəcək”.

Qeyd edək ki, “Petkim Holding”in tərkibində olan “Star” neft emalı zavodunun illik emal gücü 10 mln. ton xam neft, ümumi dəyəri isə 5,3 mlrd. dolları təşkil edəcək. Zavodun tikintisinə 2011-ci ilin oktyabrında başlanılıb və onun dəyəri 5,7 mlrd. dollar təşkil edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR